• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda sənaye istehsalı cüzi azalıb

İQTİSADİYYAT

12 Sentyabr 2023 | 12:58

Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 mlrd. manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,4% azalıb, qeyri neft-qaz sektorunda isə 6% artıb.

Məlumata görə, sənaye məhsulunun 68,6%-i mədənçıxarma sektorunda, 26,2%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb”, - məlumatda qeyd olunur.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026