• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycanda toylarla bağlı QADAĞA - VİDEO

CƏMİYYƏT

05 Fevral 2024 | 09:38

Azərbaycanda toylarla bağlı QADAĞA - VİDEO

Bakıda toyda gözlənilməz hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.

Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.

Ümumiyyətlə qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.
Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026