• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Azərbaycandan fərqli olaraq Rusiyada məktəbli valideynlərin bəxti bu dəfə gətirib" - EKSPERT

CƏMİYYƏT

06 Avqust 2021 | 09:09

"Azərbaycandan fərqli olaraq Rusiyada məktəbli valideynlərin bəxti bu dəfə gətirib" - EKSPERT

“Təsəvvür edin ki, Azərbaycanda da belə bir proqram icra olunur və 3 övladı təhsil alan ailə 700 manat pul alır”.

Bakıvaxtı.az xəbər verir ki, bunları iqtisadçı ekspert Samir Əliyev deyib

O, bildirib ki, pandemiya imkan versə, gələn ay məktəblərdə yeni tədris ili başlamalıdır: "Yeni təhsil ili yeni təhsil xərcləri deməkdir. Valideynlər ailə büdcələrini övladlarının təhsilinə yönəltməli olacaqlar. Kimisi cüzi hissəsini, kimisi də hamısını. Azərbaycandan fərqli olaraq Rusiyada, məktəbli valideynlərinin bəxti bu dəfə gətirib. Avqustun 16-dan başlayaraq Rusiyada məktəbli valideynləri yeni tədris ili ilə bağlı dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək".

Samir Əliyev qeyd edib ki, ödəniş verilməsində ailənin maliyyə imkanları nəzərə alınmayacaq: "Yəni nəzərdə tutulan vəsaiti varlı da alacaq, kasıb da. Bundan başqa yaşı 18-23 aralığında olan, ancaq əlilliyi olan məktəblilər də dəstəkdən yararlana biləcəklər. Təxmini hesablamalara görə, dəstək proqramı 20 milyon nəfərə yaxın şagirdləri əhatə edəcək vəsaitin ödənişi hökumətə 170 milyard rubla (4 milyard AZN) başa gələcək. Təsəvvür edin ki, Azərbaycanda da belə bir proqram icra olunur və 3 övladı təhsil alan ailə 700 manat pul alır ki, övladlarının məktəb ehtiyaclarını ödəsin. Məncə, az pul deyil".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR