• Bakı 21° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları oldu

İDMAN

08 Iyun 2026 | 23:57

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları oldu

Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Azərbaycan Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.

U-20 milli komandasının böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandasının böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.

U-15 milli komandasında böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusu ilə milli komandaya dəstək verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026