• Bakı 22° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Ermənistanda qəsəbə rəhbərinin evində sursat tapıldı

DÜNYA

08 Iyun 2026 | 18:10

Ermənistanda qəsəbə rəhbərinin evində sursat tapıldı

Ermənistanın Taşir icmasının Saratovka qəsəbəsinin inzibati rəhbərinin qanunsuz silah dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin Lori Regional İstintaq İdarəsi məlumat yayıb. 

"Saratovka qəsəbəsinin inzibati rəhbəri Qarnik Mardoyanın mənzilində və köməkçi binalarında axtarış zamanı pulemyot güllələri tapılıb", - deyə məlumatda qeyd olunub. 

Cinayət işinin ibtidai istintaqı zamanı prokurorun qərarı ilə Qarnik Mardoyana qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (sursatın qanunsuz dövriyyəsi) ilə bağlı ictimai cinayət təqibi başlanıb.

Onun barəsində qətimkan tədbiri olaraq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qarnik Mardoyan "Güclü Ermənistan" Partiyasının tərəfdarıdır./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR