Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook" səhifəsində yazıb:
"Dəyərli dostumuz, müsavat irsinin görkəmli tədqiqatçısı və alimi Aydın Balayev haqq dünyasına qovuşdu".
Qeyd edək ki, Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulub.
Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
Tarixçi professor AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. 90-dək elmi əsərin müəllifidir.
Allah rəhmət eləsin.
Aytac Aslan
















