• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Unun topdansatış qiyməti ilə bağlı RƏSMİ MƏLUMAT

CƏMİYYƏT

06 Yanvar 2022 | 20:03 | Müəllif: Subhan Mahmudov

Unun topdansatış qiyməti ilə bağlı RƏSMİ MƏLUMAT

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti​ un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri və iş vaxtı barədə məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish

Qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.

Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.

Bir daha bildirilir ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: [email protected].


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR