• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanlı nazir Türkiyəyə səfər edib

CƏMİYYƏT

01 Noyabr 2021 | 15:01

Azərbaycanlı nazir Türkiyəyə səfər edib

Azərbaycanın təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə birgə Türkiyədə səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "facebook" hesabında məlumat yayıb.

"Noyabrın 1-də Təhsil Nazirliyinin nümayəndə heyəti ilə birlikdə qardaş ölkəyə səfər çərçivəsində Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşdük. Görüş zamanı iki ölkə arasında ümumi təhsil və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olundu. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı", - E.Əmrullayev qeyd edib.


Azərbaycanlı nazir Türkiyəyə səfər edibAzərbaycanlı nazir Türkiyəyə səfər edibAzərbaycanlı nazir Türkiyəyə səfər edibAzərbaycanlı nazir Türkiyəyə səfər edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR