Azərbaycanda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinın çağırışı ilə Bakıda və rayonlarda qardaş türk xalqına yardım kampaniyası başlanılıb.
Belə ki, bir neçə gün öncə Türkiyənin cənub-şərqində, çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən zəlzələdən sonra Azərbaycan xalqı öz qardaş-bacılarına dəstək üçün əlindən gələni əsirgəmir.
Sevindirici haldır ki, təkcə 6-7 fevral tarixlərində vətəndaşlarımız tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara “Azərpoçt” MMC üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.
Ümid edirik ki, Türkiyə bu fəlakətdən tezliklə qurtulacaq və zəlzələnin acı nəticələrini tez bir zamanda aradan qaldıracaq.
“Azərpoçt” olaraq zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.






jpg-1678528021.webp)



gif-1678521581.gif)





