• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

”Azərsu” 12 ildir bir su xəttini çəkib başa çatdıra bilmir

CƏMİYYƏT

29 Noyabr 2022 | 11:22 | Müəllif: Qalib İbrahimoğlu

”Azərsu” 12 ildir bir su xəttini çəkib başa çatdıra bilmir

“”Azərsu” ASC Şəki şəhərində 2010-ci ildə su xətlərinin çəkilməsinə başlanılıb. Lakin 12 il keçsə də, hələ də işlər yekunlaşdırılmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov səsləndirib.

Onun sözlərinə görə, bu dövr ərzində işlərinn yalnız 60 faizi yekunlaşdırılıb: "Yollarda isə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, qazıntıların nəticəsi olaraq yollarda yarğanlar yaranıb. Eyni zamanda, asfalt örtüyünün də çökməsi yolları yararsız vəziyyətə salıb".

Deputat qeyd edib ki, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin avtomobil yollarında problemlər var: "Problemin həlli üçün əhali adından hökumətdən xahiş edirəm ki, bu istiqamətdə vəsait ayrılsın”.

Vüqar İskəndərov əlavə edib ki, Şəkidən 5-10 dəfə kiçik rayonların yollarının bərpası üçün Şəkidən 2 dəfə daha çox vəsait ayrılır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026