• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

16 659 şəxsə birdəfəlik ödəmə verilib

CƏMİYYƏT

29 Dekabr 2022 | 11:19 | Müəllif: Qalib İbrahimoğlu

16 659 şəxsə birdəfəlik ödəmə verilib

“1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə e-sistemlərdə habelə müvafiq arxivlərdə müvafiq dövr üzrə  xəsarətlə bağlı mövcud  məlumat əsasında  birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib”.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyinin tərkibindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzindən bildirib.

Məlumata görə, qeyd olunan istiqamət üzrə 16 659 şəxsə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026