• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azyaşlının ölüm faktı araşdırılır

CƏMİYYƏT

21 Oktyabr 2023 | 12:41

Azyaşlının ölüm faktı araşdırılır

Bakıda azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026