“Nazirlər Kabinetinin təhsil ocaqlarında qida normalarının tətbiq edilməsi haqqında 1994-cü ildə qəbul etdiyi qərarına yenidən baxılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev bildirib.
O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində qida normalarının dəyişməsi üçün Elm və Təhsil Nazirliyi Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş aparılır: “Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunan qida məhsullarının bəziləri satışda yoxdur. Odur ki siyahı yenidən hazırlanmalıdır”.
Ramid İbrahimov
















