• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bağdadın mərkəzində partlayışlar baş verdi

DÜNYA

17 Yanvar 2022 | 00:16

Bağdadın mərkəzində partlayışlar baş verdi

İraqın paytaxtı Bağdadın mərkəzindəki Karrada rayonunda iki partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə “Shafaq” xəbər portalına məlumat verib.

“Bazar günü axşam saatlarında Kərradanın Əl-Vatik meydanında “Cihan” bankı yaxınlığında yol kənarına yerləşdirilən bomba bankın pəncərəsinə və park edilmiş avtomobilə ciddi ziyan vurub”, - mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, partlayıcı qurğunun tətbiqi ilə ikinci partlayış Milli Teatrın yaxınlığında - spirtli içkilər satılan mağazaların anbarlarının yanında baş verib; onlara da maddi ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR