Bakı Metropolitenində gecikmənin səbəbi açıqlanıb.
Bu barədə Bakıvaxtı.az- a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, gecikmənin iki əsas səbəb olur. İnterval pozulanda, depodan çıxan qatar "Nərimanov"dan "Dərnəgül"ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda, həmin sahədə interval normal olur. Bu səbəbdən arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır.
"Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, 1 və ya 2 dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir (təxminən svetoforun qırmızı işığı kimi). İkinci səbəb artıq 1 qatar xətdən çıxdısa, sıxlıq artır və ənənəvi stansiyalarda 20-30 saniyə əlavə dayanırsa, digərlərində də üzərinə, 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma yaranır. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz. Yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra deyə bilərəm. Əsas səbəb, istənilən halda, metroda yaranmış problemdir",- deyə açıqlamada qeyd olub.
***
08:36
Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə Bakıvaxti.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb.
Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb
















