• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı

HADİSƏ

15 Fevral 2024 | 08:18 | Müəllif: Qalib İbrahimoğlu

Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı

Qusara avtomat satmağa gələn şəxs yaxalanıb

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026