Yağışlı hava ilə əlaqədar olaraq Bakıda Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Bakıvaxtı.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
16:23
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakıvaxtı.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Verilən məlumata görə, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
















