Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza Ayna Sultanova küəsi ilə Dərnəgül yolunun kəsişməsində qeydə alınıb. Belə ki, "Toyota Prius" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəzaya səbəb "Hyundai" markalı avtomobilin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi olub.
Hər iki maşına ziyan dəyib.


















