• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda NATO-nun kursları başladı

CƏMİYYƏT

07 Dekabr 2021 | 12:53 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda NATO-nun kursları başladı

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.

 


Bakıda NATO-nun kursları başladıBakıda NATO-nun kursları başladıBakıda NATO-nun kursları başladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026