Bu gün Bakıda regionun ən böyük İllik İnnovasiya Sammiti keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammitdə Azərbaycanın yüksək vəzifəli şəxslərin çıxış edəcəyi gözlənilir.
Ramid İbrahimov
















