Xaricdə gördüyümüz mənzərəni indi Bakıda müşahidə etmək olar.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtın Albalı qəsəbəsində yaşayan Sadiq Oğlu ev təsərrüfatının yumurtalarını satıcı olmadan satır.
"Belə qərara gəldik ki, öz təsərrüfatımızda istehsal etdiyimiz yumurtaların satışını küçədə heç kim tərəfindən nəzarət olunmadan həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğurdan da bizim xalqımız və millətimiz çox dürüst və vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi. Satışımız bu formada da davam edəcək", - deyə vətəndaş bildirib.
Ramid İbrahimov

















