• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda toy: 40 nəfər cərimələndi

CƏMİYYƏT

11 Aprel 2021 | 14:36

Bakıda toy: 40 nəfər cərimələndi

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən “Zəfər Qalası” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir zamanı obyektin sahibi Ziya Nuriyevin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib.Ümumilikdə toyun keçiriməsində iştirak edən şəxslər 8000 manat məbləğində cərimələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026