Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi ilə məlumat daxil olub. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

png-1624707295.png)













