• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda yeni marşrut xətti təşkil edildi

CƏMİYYƏT

20 Mart 2022 | 17:50 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yeni marşrut xətti təşkil edildi

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Bakı Dəmiryolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, marşrutun fəaliyyəti 21.03.2022-ci il tarixindən təşkil ediləcək.

"Dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən birbaşa əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində gedişləri mümkün olacaq.

Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib", - deyə BNA-dan bildirilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR