• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Tərtər işi” işi ilə bağlı 400-ə yaxın zərərçəkmiş kimi tanınıb

CƏMİYYƏT

19 Aprel 2022 | 14:45

Tərtər işi” işi ilə bağlı 400-ə yaxın zərərçəkmiş kimi tanınıb

”Tərtər işi” işi ilə bağlı zərərçəkən şəxslərin sayı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

Qeyd olunub ki, iş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024