• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakının “alternativ yol” dərdi: Çıxış yolu varmı?

CƏMİYYƏT

19 Aprel 2023 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Bakının “alternativ yol” dərdi: Çıxış yolu varmı?

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər gün paytaxt yollarındakı vəziyyətlə bağlı məlumat yayır. Bakı yollarında hər gün tıxacdır. Kilometlərlə uzanan tıxaclar, mənzil başına gecikən insanlar... Paytaxtda hansısa bir tədbir keçiriləndə isə vəziyyət daha dözülməz olur.

Bakı daha bir tədbirə ev sahibliyi edəcək. 18-30  aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar iki gündür paytaxt yolları iflic olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bakıvaxtı.az-averilən məlumata görə, 24 aprel, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Məlumata görə, hər il olduğu kimi, bu il də 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Aprelin 27-də Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

BŞH sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib. Alternativ yollar isə demək olar, yox dərəcəsindədir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vaxtilə Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu inkişaf etmişdi, alternativ yollar da mövcud idi: “Lakin bir müddət sonra Bakı şəhərində nəqliyyat sistemi, demək olar ki, tamamilə dağıdıldı. Bura ictimai nəqliyyatın, tramvay xətlərinin, trolleybusun sıradan çıxmasını da göstərə bilərik. Bunlar hamısı belə nəticələrə gətirib çıxardı”.

Onun sözlərinə görə, eyni zamanda tikintidə, şəhərsalmada olan özbaşınalıq, nizam-intizamsız tikilən yaşayış və qeyri-yaşayış obyektləri və s. bunlar hamısı Bakının yol-nəqliyyat infrastrukturunun sıradan çıxmasına gətirib çıxarır.

Ekspertə görə, bu gün Bakı şəhərində keçirilən kütləvi tədbirlər zamanı yaranan sıxlıqlar, tıxaclar ona dəlalət edir ki, yeni alternativ yolların çəkilməsinə və ictimai nəqliyyatın təkmilləşdirilməsinə çox böyük ehtiyac var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026