• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakının baş planı yaxın zamanlarda təsdiqlənəcək

CƏMİYYƏT

22 Iyun 2021 | 20:02

Bakının baş planı yaxın zamanlarda təsdiqlənəcək

Bakı şəhərinin baş planı ilə bağlı layihə hazırda yekunlaşma mərhələsindədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir.

Bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, paytaxtda yaşıllıq sahələrinin daha da artırılması nəzərdə tutulur:

“Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb”.

A.Əkbərli bildirib ki, əhalinin artımı yaşıllıq zonalarının istasmar olunması ilə müəyyən problemlər yaradır:

“Hazırda normala görə adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin bunu görmürük. Yeni layihədə bu hədəfə nail olmaq planlaşdırılır. Hətta bu göstəricinin 10 kv/m-ə çatdırılmasını düşünürük”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026