• Bakı 23° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Bakıda özəl məktəbdə valideynlə mühafizəçi arasında dava olub

GÜNDƏM

30 Sentyabr 2021 | 11:18

Bakıda özəl məktəbdə valideynlə mühafizəçi arasında dava olub

Özəl məktəblərdən birinin həyətində valideylərdən biri ilə mühafizəçi arasında  əlbəyaxa dava baş verib.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə “LANDAU School”un “Bayıl” korpusunun həyətində qeyd alınıb.

Ətrafda olan şəxslərin köməyi ilə mübahisəyə son qoyulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”,-deyə E.Hacıyev qeyd edib. 

Məsələ ilə bağlı “LANDAU School”-a da informasiya sorğusu göndərilib.

Məktəbdən verilən məlumata görə, toqquşma valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib.

“Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn/qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirdərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib. Nəticədə Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranıb. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar”.

Ramid İbrahimov 

 


SON XƏBƏRLƏR

06 Sentyabr 2025