• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

“BakuBus”ın anbarında yanğın oldu - VİDEO

HADİSƏ

21 Iyul 2023 | 12:45

“BakuBus”ın anbarında yanğın oldu - VİDEO

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “BakuBus” MMC-də yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə anbarda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, rayonun Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 kvadratmetr olan avtomobil təmiri mərkəzində sahəsi 168 kv.m olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb:

“Yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Tikilinin böyük hissəsi yanğından mühafizə olunub”. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026