• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakupost.az-ın 6 yaşı oldu

MEDİA

17 Oktyabr 2022 | 11:14 | Müəllif: Qalib İbrahimoğlu

Bakupost.az-ın 6 yaşı oldu

Bu gün Bakupost.az saytının 6 yaşı tamam olur.

Bakıvaxtı.az-ın məlumatına görə, 2006-cı ildən fəaliyyət göstərən sayt Azərbaycan media məkanında özünəməxsus yerə malikdir.

Saytın əsas missiyası dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaqdır. Demokratiyanın, azad və inkişaf etmiş cəmiyyətlər üçün əsas şərtlərdən biri insanların yaxşı məlumatlandırılmasıdır. Buna görə də BakuPost oxucularını obyektiv informasiya ilə operativ şəkildə təmin etməyi hədəf götürüb.

BakuPost üçün peşəkarlıq vacib şərtlərdən biridir. Saytın bütün əməkdaşları bu kodeksə əməl etməlidirlər. Bizim üçün əsas şərtlər dəqiqlik və tərəfsizlikdir.

BakuPost ölkədə baş verən proseslər, cəmiyyət üçün gərəkli olan bütün mövzuların ictimailəşməsinə, təhlillərin və müzakirələrin aparılmasına şərait yaradır, istənilən qurumlarla, fərdi şəxslərlə əməkdaşılıq etməyə hazır olduğunu bildirir.

Bakıvaxtı.az həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026