• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Balakən sakinindən 4 kq narkotik götürüldü

CƏMİYYƏT

31 Mart 2021 | 10:41

Balakən sakinindən 4 kq narkotik götürüldü

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvatxı.az-a verilən məlumata görə, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan sellofan torbada 4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR