• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
 

İQTİSADİYYAT

27 Avqust 2021 | 16:07

Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - "Zəfər işığı” MMC qeydiyyata alınıb.

Bakıvaxtı.az xəbər verir ki, "Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur. Layihənin ümumi investisiya dəyəri 1 mln. manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaqdır.

Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR