• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Balaxanıda qumbara aşkarlandı - VİDEO

CƏMİYYƏT

04 Iyul 2023 | 13:06

Balaxanıda qumbara aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Balaxanıda qumbara aşkarlandı - VİDEOBalaxanıda qumbara aşkarlandı - VİDEOBalaxanıda qumbara aşkarlandı - VİDEOBalaxanıda qumbara aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026