• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Barselona"nın baş məşqçisinə 2 oyunluq cəza

İDMAN

11 Dekabr 2024 | 16:10

"Barselona"nın baş məşqçisinə 2 oyunluq cəza

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.

Bakıvaxtı.az-a xəbər verir ki, buna mütəxəssisin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.

İspaniyalı çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, "Barselona" qarşıdakı iki turda "Leqanes" və "Atletiko" (Madrid) ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026