İsrailin işğal olunmuş Şərqi Qüdsdə təşkilatın qərargahına zorla daxil olması BMT-nin imtiyaz və toxunulmazlıqlarının pozulmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib
Onun sözlərinə görə, İsrail polisi və bələdiyyə nümayəndələri UNRWA-ya məxsus aktivləri müsadirə edib və BMT bayrağını İsrail bayrağı ilə əvəz ediblər.
Lazzarini Cenevrədə keçirilən İkinci Qlobal Qaçqınlar Forumunun İcmalı iclasında çıxış edərək, son iki ildə Qəzzada 380-dən çox UNRWA əməkdaşının həlak olduğunu bildirib.
O, həmçinin İsrailin UNRWA-nın fəaliyyətini təsdiqləyən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına məhəl qoymadığını vurğulayıb.
Rəşid Muxtar
Bakı 



