• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yaydı

HADİSƏ

21 Oktyabr 2022 | 20:52 | Müəllif: Subhan Mahmudov

Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yaydı

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR