• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Baş Prokurorluqdan direktorun səs yazısı ilə bağlı AÇIQLAMA

HADİSƏ

28 Yanvar 2022 | 14:28

Baş Prokurorluqdan direktorun səs yazısı ilə bağlı AÇIQLAMA

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026