• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Basketbol millimiz dünya reytinqində gerilədi

İDMAN

15 Sentyabr 2023 | 16:04

Basketbol millimiz dünya reytinqində gerilədi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.

Bakıvaxtı.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yığma 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Komanda Avropa zonasında 45-cidir.

ABŞ seçməsi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Xallarının sayını 759,7-yə çatdıran son dünya çempionu Almaniya isə üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR