• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

UEFA “Fənərbağça”nın baş məşqçisini cəzalandırdı

İDMAN

14 Oktyabr 2023 | 19:20

UEFA “Fənərbağça”nın baş məşqçisini cəzalandırdı

UEFA Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi İsmayıl Kartalı cəzalandırıb.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Konfrans Liqasının pley-off mərhələsində Niderlandda “Tvente” ilə İstanbul təmsilçisi arasında keçirilmiş cavab oyununun gec başlaması səbəb olub.

Matçın startını yubatdığı üçün 62 yaşlı mütəxəssisə bir oyunluq şərti cəza verilib. Klub isə 25 min avro məbləğində cərimələnib. Bundan başqa, Türkiyə təmsilçisi azarkeşlərin davranışına görə əlavə 3 min avro ziyana düşüb.

Qeyd edək ki, İstanbuldakı görüşdə “Tvente”ni 5:1 hesabı ilə darmadağın edən “Fənərbağça” səfər matçında da rəqibini bir cavabsız qolla üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026