• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ronaldodan yeni REKORD

İDMAN

14 Oktyabr 2023 | 23:00

Ronaldodan yeni REKORD

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu dünya futbol tarixində üç fərqli onillikdə 100-dən çox qol vuran altıncı oyunçu olub.

Bakıvaxtı.az  xəbər verir ki, 38 yaşlı forvard bunu yığmanın heyətində AVRO-2024-ün seçmə mərhələsinin Slovakiya ilə matçında (3:2) fərqlənməklə bacarıb. Sözügedən qarşılaşmada dubl edən Ronaldu 2020-ci ildən sonra vurduğu qolların sayını 101-ə çatdırıb.

O, XXI əsrin ilk onilliyində (2001-2010) 206, ikinci onilliyində (2011-2020) isə 550 qola imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldudan əvvəl bu uğura Alfredo Di Stefano, Ferents Puşkas, Pele, Romario və Lionel Messi nail olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026