• Bakı 16° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Baxçalı Öcalana verdiyi təklifdən danışdı

SİYASƏT

26 Noyabr 2024 | 16:07

Baxçalı Öcalana verdiyi təklifdən danışdı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının lideri Abdullah Öcalana verdiyi təklifdən danışıb.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, partiya rəhbəri bundan öncə verdiyi sözün arxasında olduğunu deyib.

“Kürdü türkdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və axmaqlıqdır. Gələcəyimiz birdir, terroru gündəmimizdən tamamilə çıxarmaq üçün əl-ələ verməliyik. Qəndildə (PKK-nın baş qərargahında) dəmlənənlər qərar verməlidir: separatçı təşkilatların tərəfdarısınız, yoxsa ortaq taleyin? MHP hər sözünün arxasındadır. Oktyabrın 22-də dediklərimizin arxasındayıq. İmralı (Öcalan) ilə DEM (HDP) arasında üzbəüz təmas olmalıdır. Baxışlar mütləq dəyişməlidir”, - Baxçalı vurğulayıb.

Qeyd edək ki, MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025