• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bayden: "Heç kim qanundan üstün deyil"

DÜNYA

30 Iyul 2024 | 14:22 | Müəllif: Gülşən Şərif

Bayden: "Heç kim qanundan üstün deyil"

ABŞ prezidenti Co Bayden Ali Məhkəmə hakimlərinin səlahiyyət müddətini 18 ilə endirən islahat təklifini irəli sürüb.

Bakıvaxtı.az "Washington Post" qəzetinə istinadən xəbər verir ki, Baydenin təklifinə görə, Ali Məhkəmə hakimlərinin səlahiyyət müddətləri 18 il ilə məhdudlaşdırılacaq. Həmçinin hakimlərin siyasi məsələlərdən ciddi şəkildə uzaq durmalarını təmin etmək üçün məcburi iş etikası qaydaları tətbiq olunacaq.

Konqresə çağırış edən Bayden islahat paketinin ölkənin demokratiyası üçün həyati əhəmiyyət daşıdığını müdafiə edib.

Baydenin islahat təklifinin qəbul olunması üçün Konqresin hər iki palatası müsbət rəy verməlidir və bundan sonra qərar Bayden tərəfindən imzalanmalıdır.

Demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olan bu təkliflə bağlı Bayden bildirib ki, heç kəs qanundan üstün deyil.

Analitiklərə görə, prezidentlik yarışından geri çəkilən Baydenin bu təklifinin Konqresdə qəbul ediləcəyi gözlənilmir. 

Qeyd edək ki, ümumilikdə 9 üzvü olan ABŞ Ali Məhkəməsi qanunverici orqan olan Konqres və icra orqanı olan hökumətlə birlikdə Amerika siyasi sisteminin əsas elementlərindən biri kimi fəaliyyət göstərir. 9 hakimdən 6-sı siyasi yönümlü mühafizəkar, 3-ü isə liberal hakim hesab olunur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026