• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bayden İsrail və HƏMAS-ı atəşkəsə ÇAĞIRDI

DÜNYA

02 Noyabr 2023 | 13:38

Bayden İsrail və HƏMAS-ı atəşkəsə ÇAĞIRDI

ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS-ı atəşkəsə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

C.Baydenin sözlərinə görə, fasiləyə ehtiyac var: “Mülki insanları ərazidən çıxarmaq lazımdır”.

Media orqanı yazıb ki, artıq Ağ Evin mövqeyində dəyişiklik var. Çünki rəsmi Vaşinqton daha əvvəl Yaxın Şərqdəki proseslərə müdaxilə etməyəcəyini elan etmişdi.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkə biləcəyi barədə xəbərdarlıq edib və qələbəyə inandığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR