• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bayden Qəzza razılaşmasının mərhələlərini açıqlayıb

DÜNYA

16 Yanvar 2025 | 00:04 | Müəllif: Subhan Mahmudov

Bayden Qəzza razılaşmasının mərhələlərini açıqlayıb

Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden müraciətində bildirib.

Baydenin sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur və üçüncü mərhələnin həyata keçirilməsi zamanı öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq.

O bildirib ki, hər üç mərhələdə atəşkəs rejimi tətbiq olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026