"Tramp ölkəyə gətirilən bütün idxal mallarına sərt universal tariflər tətbiq etməkdə qərarlı görünür".
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu yeni seçilmiş prezident Donald Trampın tarifə yanaşmasını şərh edən ABŞ prezidenti Co Bayden deyib.
O, çıxışında Trampın iqtisadi planını tənqid edib.
"Mən inanıram ki, bu yanaşma böyük səhvdir. Biz son dörd il ərzində Trampın yanaşmasının səhv olduğunu sübut etmişik. Təəssüf ki, yeni gələn administrasiya ölkə iqtisadiyyatını başqa bir istiqamətdə aparmaqda qərarlıdır", - deyə Bayden qeyd edib.
Gülşən Şərif