• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

BDU-nun rektoru Elçin Babayev ÇAĞIRIŞ ETDİ

CƏMİYYƏT

29 Sentyabr 2021 | 17:57

BDU-nun rektoru Elçin Babayev ÇAĞIRIŞ ETDİ

“Tədrisin ilk günü olduğu üçün tələbələri yaxınlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib. “Bildiyimiz kimi, hazırda Bakı Dövlət Universitetində 22 min nəfərə yaxın tələbə təhsil alır. Bu il isə 5000 nəfər tələbə universitetin birinci kursuna qəbul olunub.

Cari ildə pandemiya şərtlərinə görə, təhsil müəssisəsində tədris növbəlilik prinsipi əsasında təşkil olunur. Hər növbə üzrə isə BDU-ya minlərlə tələbə gəlir. Tədrisin ilk günü olduğu üçün tələbələri yaxınlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur. Bu sıxlıq isə tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır. Buna görə də valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər” – deyə, rektor bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR