• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır

GÜNDƏM

14 Avqust 2021 | 23:09 | Müəllif: Subhan Mahmudov

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır

BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti bu gün Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirəcək.

Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq.

Biletlər “wizzair.com” saytında və aviaşirkətin mobil tətbiqetməsində satılır.

Bakıya uçuşlar həftənin iki günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Xatırladaq ki, “Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir dörd “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026