• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - YENİLƏNİB

CƏMİYYƏT

13 May 2024 | 13:59

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi dəfn olunmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığına aparılır.

***

13:43

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026