• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bərdədə silah-sursat və narkotik aşkarlandı - FOTO

CƏMİYYƏT

03 Fevral 2024 | 09:10

Bərdədə silah-sursat və narkotik aşkarlandı - FOTO

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Bərdədə silah-sursat və narkotik aşkarlandı - FOTOBərdədə silah-sursat və narkotik aşkarlandı - FOTOBərdədə silah-sursat və narkotik aşkarlandı - FOTOBərdədə silah-sursat və narkotik aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR