• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bərzani COP29 üçün Bakıya dəvət edildi

DÜNYA

22 Iyul 2024 | 23:25 | Müəllif: Subhan Mahmudov

Bərzani COP29 üçün Bakıya dəvət edildi

Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomat X-də paylaşım edib.

“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə ünvanlanmış dəvət məktubunu isə regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”, - paylaşımda bildirilib.

Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026